Kayla Harrison gələcəkdə Valentina Şevçenko ilə qarşılaşmaq istədiyini bildirib. O, bu istəyi ilə bağlı fikirlərini bölüşüb və Şevçenkoya böyük hörmətlə yanaşdığını vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Harrison açıqlamasında belə deyib: "Valentinanı döyüşə çağırmaq mənim üçün rahat deyil, çünki o, məndən daha yüngüldür. Heç vaxt ona hörmətsizlik etmək niyyətim olmayıb. Mən onu çox hörmət edirəm. Məhz buna görə onunla döyüşmək istərdim".

Qeyd edək ki, UFC 334 turnirində Kayla Harrison dördüncü raundda boğma fəndi ilə Amanda Nunes üzərində qələbə qazanıb. Valentina Şevçenko isə zədə səbəbindən 57 kq çəki dərəcəsində kəmərini boş qoyub.