"Detroyt Pistons" "San-Antonio Spurs"un 12 oyunluq qələbə seriyasına son qoyub və 105:93 hesabı ilə qalib gəlib. Bu qarşılaşmada Kade Kanningem komandasının əsas fiqurlarından biri olub. O, 27 xal, 5 ribaund və 6 assistlə yadda qalıb və meydanda olduğu müddətdə "+16" göstəricisi ilə oyunu tamamlayıb.
Offsideplus.az xəbər verir ki, Kanningem matçdan sonra komandasının kollektiv ruhunu xüsusi vurğulayıb: "Komanda səyləri nəticəsində qalib gəldik. Kollektivimizi çox bəyənirəm. Hər gün eyni əzmlə çalışırıq. Hamımız basketbolu sevirik və işləməyə hazırıq. Qərara gəldik ki, əgər bizə qardaşlıq lazımdırsa, indi bunun üçün ən uyğun zamandır. Sadəcə basketbol oynayırıq və bundan zövq alırıq. Onların güclü komandası var, amma bizim paltardəyişmə otağımızda qorxu yoxdur. Sadəcə meydana çıxıb oyun planını yerinə yetiririk. Mən hər şeydən bir az etdim. Əvvəlcə Viktor Vembanyamanın fiziki göstəricilərinə görə tərəddüd edirdim, nəsə qabaqcadan düşünməyə çalışırdım. Amma sonra oyunun gedişində özümü tapdım. Komanda yoldaşlarımın rolu böyük oldu. Hər kəs əlindən gələni etdi. Bu, əla komanda qələbəsidir", – deyə Kanningem bildirib.


