Amerikalı MMA döyüşçüsü Coş Hokit məşhur UFC çempionu Con Cons ilə sparrinq zamanı baş verənləri açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Hokit sosial şəbəkədə Consu birbaşa hədəfə alıb:

"Səni sparrinqdə məğlub etmişəm, bundan sonra hər gün zəng edib, mənə yazırdın ki, məşqlərə qayıdım. Qreq Cekson buna şahiddir. Sadəcə bir cəb zərbəsi ilə başını sındırdım. Bütün bunlar UFC-də debütümə bir il qalmış baş verib. İndi olsa, nəticə daha fərqli olardı".

Qeyd edək ki, Cons daha əvvəl Hokitin UFC 334-də Siril Qana uduzmasına eyham vuraraq, onu tənqid etmişdi. İki döyüşçü arasında sosial şəbəkədə qarşılıqlı təhqiramiz ifadələr işlədilib.