Azərbaycan milli komandası FIFA reytinqində mövqeyini üç pillə yaxşılaşdırıb.
Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv aktivindəki 1145,18 xalla siyahının 124-cü pilləsinə yüksəlib.
Yığmamızın bu irəliləyişinə son matçlardakı ardıcıl qələbələr səbəb olub. Belə ki, millimiz UEFA Millətlər Liqasında Lixtenşteynə (1:0), beynəlxalq yoldaşlıq görüşündə isə Andorraya (3:1) qalib gəlib.
Qeyd edək ki, FIFA reytinqinin zirvəsində 2004,48 xalla son dünya çempionu İspaniya seçməsi yer alır


