Fransalı müdafiəçi Kilian Heyz karyerasını "Barselona"da davam etdirəcək. 25 yaşlı oyunçu ilə Kataloniya klubu arasında 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Offsideplus.az xəbər verir ki, Heyz peşəkar karyerasına Avropada başlayıb və əvvəlcə Fransanın "Şole", daha sonra Almaniyanın "Ulm" komandalarında çıxış edib. 2020-ci ildə NBA-nın dreftində "Detroyt Pistons" tərəfindən 7-ci seçimlə seçilən oyunçu, dörd mövsüm bu klubda, daha sonra isə "Bruklin Nets" və "Sakramento Kings"də çıxış edib. Onun NBA-da ümumilikdə 239 oyunu var. Məlumata görə, Heyz ilə "Barselona" arasında bağlanan müqavilədə NBA-dan təklif gəldiyi halda, tərəflərin razılaşmanı vaxtından əvvəl ləğv etmək hüququ nəzərdə tutulub.


