Rusiya milli komandası 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin iştirakçıları sırasına daxil edilməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sport-Ekspress" nəşri Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi Teodor Teodoridisin qurumun bütün üzv assosiasiyalarına göndərdiyi məktuba istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, turnirin püşkatma mərasimində 54 milli komanda iştirak edəcək və Rusiya yığması onların arasında yer almayıb.
Qeyd edək ki, AVRO-2028-in seçmə mərhələsi 2027-ci ilin martında start götürəcək və iştirakçılar 12 qrupa bölünəcək. Püşkatma zamanı siyasi səbəblərdən Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllüttariq, Belarus və Ukrayna, həmçinin Kosovo ilə Bosniya və Herseqovina və Serbiya yığmaları eyni qrupa düşməyəcəklər.


