"Real Madrid" klubunun müdafiəçisi Antonio Rüdiger müdafiəyə zəif kömək etdiyinə görə tənqid olunan komanda yoldaşı Kilian Mbappeni müdafiə edib.

Offsideplus.az xəbər verir ki, "The Athletic" nəşrinə danışan almaniyalı futbolçu fransalı hücumçunun əsas işinin qol vurmaq olduğunu bildirib:

"İki il ərzində 80-90-dan çox qol vuran, indi isə klubun heyətində 100 qol həddinə çatan bir insana mənim işimi görməli olduğunu deməyə dəyərmi? Bu, mənasızdır. Tarixə nəzər salın. Qaret Beyl, Kərim Benzema və Kriştianu Ronaldu burada oynayanda necə idi? Onların uğurlarına baxın. Həmişə onların müdafiədə necə oynadıqlarından danışmağa ehtiyac yoxdur".

Qeyd edək ki, Kilian Mbappe 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 44 matçda 42 qol vuraraq həm İspaniya La Liqasının (25 qol), həm də Çempionlar Liqasının (15 qol) ən yaxşı bombardiri olub.