NBA-nın Avropada yeni layihəsi ilə bağlı investorların marağı gözləniləndən aşağı səviyyədə olub.
Offsideplus.az xəbər verir ki, NBA rəhbərliyi Avropa bazarında böyük maraq olduğunu açıqlasa da, EuroLeague-in "kolonizatorluq" kimi qiymətləndirilən təklifdən sonra əməkdaşlıqdan imtina etməsi vəziyyəti dəyişib. Məlumata görə, investorlar EuroLeague-in qorunub saxlanılması və iki böyük turnirin Avropa bazarında rəqabət aparacağı halda, layihəyə 500 milyon dollardan 1 milyard dollara qədər vəsait yatırmağa hazır deyillər. Bu səbəbdən NBA-nın 2027-ci ilin payızında tammiqyaslı start planları artıq reallaşmayacaq.
EuroLeague-in baş direktoru Çus Bueno bildirib: "Bizim əsas planımız EuroLeague-dir. Fikirləri dinləməyə və müzakirə etməyə açığıq. Özümüzə güvənirik və inkişaf üçün üçüncü tərəflərə ehtiyacımız yoxdur. Əgər onlar gələcəklərsə, iki yox, dörd liqa olacaq".


