Globe Soccer Awards tərəfindən ilin ən yaxşı baş məşqçisi mükafatına namizədlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 2026-cı ildə bu mükafata Mikel Arteta ('Arsenal'), Kristian Kivu ('İnter'), Unai Emeri ('Aston Villa'), Luis Enrike ('PSJ'), Sesk Fabreqas ('Komo'), Hansi Flik ('Barselona'), Pere Romeu ('Barselona'nın qadın komandası), Vensan Kompani ('Bavariya Münhen'), Luis de la Fuente (İspaniya milli komandası) və Lionel Skaloni (Argentina milli komandası) iddia edir.

Qeyd edək ki, 2025-ci ildə Globe Soccer Awards-un versiyasına görə ilin baş məşqçisi Luis Enrike seçilib.