ESPN jurnalisti Tim Makmen "Vaşinqton Vizards"ın çıxışını və Trey Yanqın müqaviləsini sərt şəkildə tənqid edib.

Offsideplus.az xəbər verir ki, Makmen komandanın ardıcıl səkkiz oyunda 133 xal fərqlə uduzmasını biabırçılıq adlandırıb. O bildirib ki, "Vizards" hücumda NBA-də 25-ci, müdafiədə isə 26-cı yerdə qərarlaşıb. Jurnalist qeyd edib ki, Trey Yanqın müqaviləsi imzalandığı andan liqanın ən zəiflərindən biri olub və indi vəziyyət daha da pisləşib. Onun sözlərinə görə, Yanq meydançada olarkən komandanın hücumu daha zəif təsir bağışlayır.