"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger klubun keçmiş baş məşqçiləri Karlo Ançelotti, Xabi Alonso və Alvaro Arbeloa barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Rüdiger Ançelottini futbolun əsl centlmeni adlandırıb və onun bütün komanda üçün ata kimi olduğunu bildirib. "Biz onu çox hörmət edirdik və birlikdə böyük uğurlar qazandıq", – deyə o vurğulayıb.
Alonso barədə danışan Rüdiger qeyd edib: "O, gənc məşqçidir, futbola aydın baxışı var və çox tələbkardır – bu isə yaxşı haldır. Noyabra qədər əla oyun göstərirdik, lakin vacib qarşılaşmalarda istədiyimiz nəticələri əldə edə bilmədik. Almaniyada 'Bayer'lə göstərdiyi iş hər kəsə bəllidir, onların oyununu izləmək maraqlı idi. İndi o, 'Çelsi'dədir və ona uğurlar arzulayıram".
Arbeloa ilə münasibətlərinə toxunan futbolçu bildirib: "O, çətin vəziyyətdə idi, amma biz aprelin sonuna qədər mübarizə apardıq. 'Malyorka' və 'Bavariya'ya məğlubiyyətlər bizim üçün ağır zərbə oldu və mövsüm faktiki olaraq bitdi. Martda 'Atletiko' və 'Mançester Siti' ilə oyunlarda ümid yaranmışdı. Arbeloa ilə gözəl münasibətim var. Ötən il zədələr səbəbindən mənim üçün çətin keçdi, amma o, mənə inandı. Göz-gözə danışdıq və fevrala qədər hazır olacağıma söz verdim. O, mənə çox ehtiyac duyduğum inamı bəxş etdi. Sonradan 'Fulhem'ə keçməsi yaxşı oldu. Başlanğıc çətin idi, amma bu, Premyer Liqadır və belə hallar normaldır. İndi komanda xal toplayır və işlər yaxşı gedir, çünki 'Fulhem' daha keyfiyyətli futbol göstərir. Ona uğurlar arzulayıram və ümid edirəm ki, tezliklə turnir cədvəlində daha yüksək pilləyə qalxacaq".


