Fransanın "Paris Sen-Jermen" klubu komandanın təcrübəli braziliyalı müdafiəçisi və kapitanı Markinyosa yeni müqavilə təklifi göndərib.

Offsideplus.az xəbər verir ki, hazırda Paris təmsilçisi ilə 2028-ci ilin iyun ayına qədər qüvvədə olan müqaviləsi olan futbolçuya sözləşməni daha bir il uzadaraq 2029-cu ilin yayına qədər klubda qalmaq təklif olunub.

"Paris Sen-Jermen" rəhbərliyi bu addımla braziliyalı müdafiəçiyə olan etimadını və onu uzunmüddətli layihənin əsas fiqurlarından biri kimi gördüyünü nümayiş etdirib.