Braziliyanın "Santos" klubu yetirməsi olan "Real Madrid"in hücumçusu Rodriqonu qış transfer pəncərəsində icarə əsasında komandaya qaytarmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "ESPN Brasil"in məlumatına görə, Braziliya təmsilçisi yeni mövsümün ilk yarısı üçün sabiq futbolçusunu heyətinə qatmaq məqsədilə Madrid klubu ilə ilkin təmaslar qurub.

Lakin "Real Madrid" rəhbərliyi və məşqçilər korpusu braziliyalı futbolçuya güvəndiyi üçün bu transferin baş tutma ehtimalı olduqca az, hətta sıfıra bərabər qiymətləndirilir.

Braziliya klubu mövsümün başlanğıcı üçün Rodriqonu müvəqqəti olaraq geri qaytarmaq istəsə də, Madrid təmsilçisi onu buraxmaq fikrində deyil.

Mart ayında dizinin çarpaz bağlarının qopması səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan Rodriqo artıq bərpa prosesinin son mərhələsindədir və 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində sıraya dönməyə hazırlaşır.

Sağaldıqdan sonra braziliyalı ulduzu "Real Madrid"in hücum xəttində Yan Diomande və Arda Gülər kimi futbolçularla ciddi rəqabət gözləyir.