İspaniyanın "Real Madrid" klubunun ingiltərəli ulduzu Cud Bellinqem müqaviləsinin müddətini uzatmaq üçün rəhbərlik qarşısında iki mühüm tələb qoyub.
Offsideplus.az xəbər verir ki, "OK Diario" nəşrinin məlumatına görə, hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədə olan yarımmüdafiəçi həm maliyyə, həm də idman layihəsi baxımından zəmanət almaq istəyir.
Cari mövsümdə çempionatda keçirdiyi 12 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan və "Real Madrid"in ən yaxşı futbolçusu hesab olunan Bellinqemin şərtləri aşağıdakılardır:
-
22 Milyon avro mövsümlük maaş: İngiltərəli futbolçu ilk növbədə məvacibinin komanda yoldaşı Vinisius Juniorun səviyyəsinə — yəni təxminən 22 milyon avroya çatdırılmasını tələb edir. Məlumata görə, "Real Madrid" rəhbərliyi meydandakı yüksək performansını nəzərə alaraq ona bu məbləği ödəməyə hazırdır.
-
Hər mövsüm titul qazanacaq rəqabətli layihə: Böyük kuboklar qazanılmadan başa çatan iki mövsümdən sonra 23 yaşlı futbolçu klub prezidenti Florentino Peresin gələcək illər üçün hazırladığı layihənin hər mövsüm titullar uğrunda mübarizə aparacaq səviyyədə rəqabətli olmasını şərt kimi irəli sürüb.


