Uruqvaylı hücumçu Luis Suares 2017-ci ildə Lionel Messi ilə birlikdə Neymarı PSJ-nin təklifindən imtina etməyə və "Barselona"da qalmağa necə razı salmağa çalışdıqları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, məşhur "MSN" hücum üçlüyünün ayrılmaması üçün hər iki futbolçunun ciddi səy göstərdiyini bildirən Suares Neymarın qərarının qəti olduğunu etiraf edib:
"Onun fikrini dəyişdirmək mümkün deyildi. Nəticə özü hər şeyi deyir — o, sonda getdi, amma biz onun qalması üçün əlimizdən gələn hər şeyi etdik..."
Messi və Suaresin təkidlərinə baxmayaraq, Neymar 2017-ci ilin yayında Kataloniya təmsilçisindən ayrılaraq "Paris Sen-Jermen"ə transfer olunmuşdu.


