Uruqvaylı hücumçu Luis Suares "Barselona"ya bu mövsüm Çempionlar Liqasını qazanmağı arzuladığını bildirib.
Offsideplus.az xəbər verir ki, Suares hazırda Mayamidə yaşadığını və "Barselona"nın oyunlarını yaxından izlədiyini deyib. O qeyd edib ki, bəzən Lionel Messi ilə birlikdə katalon klubunun matçlarına baxırlar və nəticələri müzakirə edirlər.
"Ümid edirəm, 'Barselona' bu mövsüm Çempionlar Liqasını qazanacaq. Komanda və futbolçular çox yüksək səviyyədədir. Amma mövsümün sonuna hələ çox var. Bütün yaralar gec-tez sağalır. Unudursan və yeni səhifə açırsan. Futbol belədir. 'Barselona'dan ayrılmaq mənim üçün ağrılı və kədərli idi. Amma sonradan düşündüm ki, bəlkə də 2020-ci ildə 'Barselona'dan getmək hər kəs üçün ən doğru qərar idi", – deyə Suares Radio Katalunyada yayımlanan Tot Costa proqramında vurğulayıb.


