İspaniyanın "Barselona" klubunun ulduzu qışda klubdan ayrılmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Jül Kunde cari mövsümdə əsas heyətdə daimi yer qazana bilmədiyi üçün yanvar transfer pəncərəsində komandanı tərk etmək istəyir.

Mövsümün əvvəlindən etibarən La Liqada əsas heyətdə cəmi üç matçda meydana çıxan 28 yaşlı fransalı futbolçu daha çox oyun praktiki qazanmaq məqsədilə transfer variantlarını dəyərləndirməyə qərarlıdır.

Hansi Flikin rəhbərliyi altında start heyətindəki yerini itirən və epizodik şans qazanan Kunde mütəmadi olaraq oynaya biləcəyi yeni bir layihə axtarışındadır.

İngiltərənin "Çelsi" klubu uzun müddətdir izlədiyi futbolçunun vəziyyətini yaxından izləsə də, hələlik onu yanvar ayı üçün bir nömrəli prioritet hədəf olaraq görmür. Lakin transfer pəncərəsinin sonuna doğru şəraitin dəyişə biləcəyi və hər hansı son dəqiqə addımının atılmasının istisna olunmadığı bildirilir.