"Real Madrid"in təcrübəli mərkəz müdafiəçisi Antonio Rüdiqer klubdakı gələcəyi, fiziki durumu və komandadakı xoşbəxtliyi barədə açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, İspaniya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədə olan almaniyalı futbolçu hazırda yalnız cari mövsümə kökləndiyini bildirib.
Komandada özünü olduqca rahat hiss edən 33 yaşlı müdafiəçi klub tarixinin bir hissəsi olmaqdan qürur duyduğunu vurğulayıb:
Rüdiqer qeyd edib ki, əgər karyerası ərzində hər hansı digər klubdan daha çox "Real Madrid" forması geyinərsə, birmənalı olaraq bura üçün "həyatımın klubu" - deyə biləcək.
Sağlamlığının yerində olduğunu, həm fiziki, həm də əqli baxımsından özünü əla hiss etdiyini və mütəmadi olaraq yaşıl meydanlarda şans qazandığını qeyd edib.
Müqaviləsinin başa çatacağı tarix barədə hələ danışmaq üçün çox erkən olduğunu, bütün diqqətini komandanın uğurlarına və hər gün daha da yaxşılaşmağa yönəltdiyini bildirib.


