ABŞ millisinin və "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni adının "Mançester Yunayted"lə hallanmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu barədə amerikalı jurnalistlərə açıqlama verib. O, son günlər mətbuatda yayılan transfer xəbərlərinin yanlış anlaşılmadan qaynaqlandığını vurğulayıb:
"Burada xoşbəxtəm və uzun illər 'Yuventus'da qalmaq istəyirəm. Məhz buna görə müqaviləmi uzatdım. Niyə belə xəbərlər yayıldığını bilmirəm, bəlkə də tərcümədə hansısa məqam itdi. Amma mən olduğum yerdə xoşbəxtəm və klubda qalmaq arzusundayam".
Qeyd edək ki, Ueston Makkenninin "Yuventus"la hazırkı müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir.


