Maurisio Poçettino "Mançester Yunayted" azarkeşlərinə müraciət edərək komandanın uğuru üçün birliyin vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib: "Bu mesaj birliyə aiddir, necə ki, klubun adında da 'Yunayted' sözü var. Hamımız birlikdə çalışmalıyıq. Ümid edirəm ki, klubun layiq olduğu xoşbəxt anları yaşada biləcəyəm və hər bir komandanın ehtiyacı olan birliyi yaradacağam ki, futbolçular meydanda özlərini ən yaxşı şəkildə göstərə bilsinlər".