Braziliyanın qadın futbolu üzrə ən məhsuldar oyunçusu Ketlen Uiggers "Bavariya Münhen"in yarımmüdafiəçisi Camal Musialanın səhhəti ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Uiggers özü də Musiala kimi absans – qısa müddətli epileptik tutmalardan əziyyət çəkir. O bildirib ki, Musialanın xəstəliyinin ictimaiyyətə açıqlanması onun psixoloji durumuna təsir edə bilər: "Bəlkə də, o, bu barədə açıq danışmaq istəmirdi. Mən də karyeramın əvvəlində diaqnozumun bilinməsini istəmirdim. Əminəm ki, düzgün müalicə və peşəkar yanaşma ilə Musiala bu vəziyyətdən çıxacaq. Şübhəsiz, onu dəstəkləyən gözəl insanlar var".