EuroLeague-in XIII turunda "Makkabi Tel-Əviv" Limassolda keçirilən oyunda "Dubay"a 74:80 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın əvvəlində üstünlüyü ələ alan İsrail təmsilçisi ilk hissədə 15 xallıq fərq (31:16) yaradıb. Lakin "Dubay" ikinci hissədən etibarən oyuna qayıdıb və son dəqiqələrdə cərimə atışlarında daha dəqiq oynayaraq qələbəni təmin edib.
Qonaqlar Dzanan Musa olmadan oynayıb. O, ağır göz zədəsi alaraq meydançanı vaxtından əvvəl tərk edib və tibbi yardım aldıqdan sonra ehtiyat oyunçular skamyasında əyləşib.
Qalib komandada ən məhsuldar oyunçu Dwayne Bacon olub – 18 xal. Jaron Blossomgame və Mfiondu Kabengele hərəyə 9 xal toplayıb, Kabengele həm də 11 ribaundla yadda qalıb. "Makkabi"də Yam Madar 17, Kamar Baldwin isə 12 xal əldə edib.


