Vircil van Deyk və Alisson “Liverpul”la müqavilələrini uzatmaq niyyətindədirlər.

Offsideplus.az xəbər verir ki, hər iki futbolçuya başqa klubların marağı artsa da, komandada qalmağa üstünlük verirlər. İtaliyanın “Milan” klubu Van Deykin vəziyyətini izləyir. “Yuventus” isə yayda Alissonun nümayəndələri ilə ilkin danışıqlar aparıb.

Müqavilələrin müddəti uzadılmasa, hər iki oyunçu yanvarın 1-dən etibarən İngiltərədən kənar klublarla danışıqlar aparmaq hüququ qazanacaq.