“Oyunun həlledici məqamlarından biri qırmızı vərəqə oldu”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransındar deyib.

Mütəxəssis Misli Premyer Liqasının XII turunda səfərdə "Sumqayıt" üzərində qazandıqları 5:1 hesablı qələbəni şərh edib: “Lakin rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Yaxşı qol epizodlarımız vardı. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. "Sumqayıt" 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir.

Dambrauskas beş gün sonra “Barselona”ya qarşı keçirəcəkləri matçla bağlı da fikirlərini bölüşüb:

“Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.