"Nyukasl" alman hücumçusu Nik Voltemadeni "Yuventus"a satmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İtaliya klubu hələ yekun qərar verməyib və 85 milyon avro məbləğində transfer haqqını müzakirə etməyə hazır deyil. Bu məbləği vaxtilə "Nyukasl" "Ştutqart"a ödəyib. "Yuventus" daha aşağı qiymətə sonradan alma şərti ilə bir illik icarə təklif edə bilər. "Nyukasl" üçün bu variant maraqlıdır, çünki Voltemadeyə başqa iddiaçı yalnız "Bavariya"dır.
İtaliya klubu Voltemadeni transfer etmək üçün heyətindəki bəzi oyunçuları sərfəli şəkildə satmalıdır. Mümkün namizədlərdən biri Fransişku Konseysau ola bilər. Qeyd olunur ki, bu, hələlik sadəcə ideyadır və rəsmi danışıqlar aparılmır.


