Almaniyalı futbolçu Tomas Müller ABŞ-nin MLS çempionatında komandaların oyun səviyyəsinin sabit olmamasından danışıb.

Offsideplus.az xəbər verir ki, o, Avropa futbolu ilə müqayisədə MLS-də aşağı liqaya düşmək təhlükəsinin olmamasının futbolçular üzərindəki təzyiqi azaltdığını bildirib:

“Burada aşağı liqaya düşmək təhlükəsi və böyük təzyiq yoxdur. Aşağı pillələrdə qərarlaşan komandaya qarşı oynayanda vəziyyət tamamilə fərqli olur. Avropada turnir cədvəlinin sonlarında yer alan komandaların futbolçuları liqada qalmaq üçün mübarizə aparırlar.

Bəzən düşünürəm ki, mövcud sistemə görə müdafiədə oyun daha sərbəst xarakter daşıyır. Ayrı-ayrı futbolçuların çox yüksək səviyyəli çıxışlarını görürəm. Amma çatışmayan əsas məqam sabitlikdir.

Yaxşı və pis oyun arasındakı fərq daha böyükdür. Bəzən bu, sadəcə diqqət məsələsidir. Futbolçular 90 dəqiqə ərzində diqqətlərini qorumağı bacarmalıdırlar. Bəzən onlarda məhz bu çatışmır”.