Vensan Kompani "Bavariya"nın Bundesliqada "Köln"lə 1:1 hesablı heç-heçəsini şərh edib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi qarşılaşmanın xüsusi əhəmiyyət daşıdığını bildirib: "Düşünürəm ki, oyuna pis başlamadıq, ən azı startımız kifayət qədər yaxşı idi. Enerjimizi və tempimizi qorumağı bacardıq. Lakin sonradan, təbii ki, Harri Keyn və Maykl Olisenin zədələri oldu. Amma bu, bəhanə deyil. Hesab edirəm ki, nəticə ədalətlidir, rəqib bunu haqq etdi. Açığı, hazırda bizi başqa məsələlər narahat edir. Sadəcə, yaranmış vəziyyəti qəbul etməliyik, artıq şikayət etmədən, və qarşıda bizi nə gözlədiyini anlamalıyıq. Böyük dözümlülük göstərməliyik və növbəti oyunda rəqibin kimliyindən asılı olmayaraq, nəticə əldə etməyin yolunu tapmalıyıq. Hazırda çox çətin vəziyyətdəyik".