İngiltərə millisinin və "Bavariya Münhen"in hücumçusu Harri Keyn uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Offsideplus.az xəbər verir ki, Bundesliqa çərçivəsində "Bavariya Münhen"lə "Köln" arasında keçirilən oyunun birinci hissəsində Keyn zədələnib. Komandanın baş məşqçisi Vensan Kompani qarşılaşmadan sonra bildirib ki, ingilis forvard bir neçə ay meydana çıxa bilməyəcək.

"Bavariya Münhen"in idman direktoru Maks Eberl isə dəqiqləşdirib ki, komandanın ən məhsuldar oyunçusu sindesmoz bağlarının tam qopması diaqnozu ilə üzləşib. Sky Sport Deutschland-ın məlumatına görə, Harri Keyn təxminən üç ay yaşıl meydanlardan uzaq qalacaq və yalnız 2027-ci ildə qayıda biləcək.