Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) daxil olan bütün 10 milli assosiasiya FİFA prezidenti seçkilərində Canni İnfantinonu dəstəkləyəcəyini təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bəyanatda Cənubi Amerika ölkələrinin İnfantinonun liderlik keyfiyyətlərini və futboldakı müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyi vurğulanıb.

Qeyd edək ki, FİFA prezidenti seçkiləri 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək konqresdə baş tutacaq. İnfantinodan başqa, bu posta Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının sabiq rəhbəri Kodzo Taşima da iddialıdır.

Xatırladaq ki, daha əvvəl UEFA, Asiya Futbol Konfederasiyası və KONKAKAF FİFA-nın kommersiya fəaliyyətinə özəl investorların cəlb edilməsi təklifinə qarşı çıxmış, tənqidlərdən və turnirləri boykot etmək təhlükəsindən sonra ali futbol qurumu bu plandan imtina etmişdi.