“Milan” "Ştutqart"ın hücumçusu Ermedin Demiroviçin xidmətində maraqlıdır.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İtaliya təmsilçisi qış transfer pəncərəsində 28 yaşlı futbolçu üçün Almaniya klubuna təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Ştutqart" bosniyalı futbolçunu 2024-cü ilin yayında "Auqsburq"dan 23 milyon avroya transfer etmişdi.


