Rafael Nadal “Real”ın İdarə Heyətinin yeni üzvü seçilib.


Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Real"ın növbədənkənar ümumi yığıncağında keçirilən səsvermədə Nadal 99,5 faiz səs toplayıb.

Qeyd edək ki, tennis əfsanəsi Nadal uzun illərdir “Real” klubunun azarkeşidir.