"Roma" son 76 ildə A Seriyasının ilk 12 turunda 35 və ya daha çox qol vuran ilk komanda olub.
Offsideplus.az xəbər verir ki, Can Pyero Qasperininin rəhbərlik etdiyi kollektiv bu müddətdə rəqib qapılarına 36 dəfə yol tapıb, öz qapısından isə 11 top buraxıb.
Sonuncu dəfə belə göstəriciyə 1950/51 mövsümündə "İnter", "Milan" və "Yuventus" nail olub.
Həmin vaxt Milan təmsilçiləri 38, Turin klubu isə 37 qol vurmuşdu.


