Mikal Brices "Nyu-York Niks"in "Portlend Treyl Bleyzers" üzərində dramatik qələbəsində əsas rol oynayıb. O, son saniyələrdə komandasının geri olduğu vəziyyətdə həlledici üçxallıq atışla görüşün taleyini həll edib.
Offsideplus.az xəbər verir ki, ilk hissədə 26 xallıq üstünlüyə malik olan hazırkı çempionlar üstünlüyü əldən verib. "Portlend Treyl Bleyzers" ikinci hissədə əzmkar oyun göstərərək hesabda önə keçib – 96:94. Son saniyələrdə Deni Avdianın dəqiq cərimə atışlarından sonra Mikal Bricesin sirena ilə vurduğu üçlük "Nyu-York Niks"ə 97:96 hesablı qələbə qazandırıb. Bu nəticə ilə "Niks"in uğurlu seriyası dörd oyuna çatıb.


