"Monako" Fransa çempionatında "Oser"lə 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, monakolular Liqa 1-də ardıcıl altı oyunda qalib gələ bilməyib. Bu müddətdə komanda dörd heç-heçə və iki məğlubiyyət alıb. "Monako" sonuncu dəfə belə uğursuz seriyanı 2019-cu ildə yaşayıb və həmin vaxt qələbəsiz oyunların sayı yeddiyə çatmışdı. Hazırda komanda turnir cədvəlində 11 turdan sonra səkkizinci pillədə qərarlaşıb.