Matvey Safonovun həyat yoldaşı Marina Kondratyuk Avropa liqalarında futbolçuların yaşadığı zədələr barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, bu mövsüm futbolçular üçün zədələr baxımından çox ağır keçdiyini bildirib: "O qədər çətin mövsümdür ki, izləmək belə ağırdır. Bu gün Aleksandr Kokşarovun dəhşətli zədə aldığını gördüm. Dueni xərəkdə meydandan apardılar. Sonra insanlar idmançıların niyə yüksək qazandığına təəccüblənir. Çünki sən həyatını tamamilə rejimə uyğun yaşayırsan, daim mübarizədəsən və istənilən gün işə gəlib altı ay meydandan kənarda qala və ya heç vaxt qayıda bilməyə bilərsən. Hamıya sağlamlıq arzulayıram".
O, əlavə edib: "Budur, Raya da məcburən meydanı tərk etdi. Sizə deyirəm, bu ya retroqrad bir şeydir, ya da ay zədədədir. Təqvimdə nə baş verir?"


