Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən komandamız səfərdə İtaliya voleybolunun köklü klublarından olan "Savino Del Bene Skandiççi" ilə qarşılaşacaq.
Noyabrın 25-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Çətin səfər matçında əsas mərhələdəki ilk xallarını qazanmağa çalışacaq təmsilçimizin oyununu "İdman TV"nin əsas efirində və "YouTube" kanalında canlı izləmək mümkün olacaq.


