"Red Bull" komandasının niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen Formula 1 üzrə 2026-cı il mövsümünün 21-ci mərhələsinin – Las-Veqas Qran-prisinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, yarış boyu Corc Rassell, İsak Hacar, Andrea Kimi Antonelli və Lando Norrislə liderlik uğrunda gərgin mübarizə aparan Ferstappen yekunda rəqiblərini qabaqlamağı bacarıb.
Finişə az qalmış Rassell Antonelli ilə mübarizə zamanı trasdan çıxaraq baryerlərə çırpılıb və nəticədə ikinci pillədən ilk onluğun sonuna geriləyib. İsak Hacar isə ön antiqanadının sınması və məcburi əlavə pit-stop səbəbindən xal zonasından kənarda qalıb.


