Basketbol üzrə 14 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması Serbiyada keçirilən hazırlıq prosesini yekunlaşdırıb.

Offsideplus.az xəbər verir ki, paytaxt Belqradda təşkil olunan təlim-məşq toplanışı müddətində komandamız üç yoxlama qarşılaşmasına çıxıb. Millimiz Serbiya basketbolunun tanınmış təmsilçiləri "KK Cerak Beograd", "Partizan" və "Srvena Zvezda" klubları ilə üz-üzə gəlib.

Keçirilən oyunların birində qələbə qazanan, ikisində isə məğlub olan yeniyetmə basketbolçularımız beynəlxalq səviyyədə vacib oyun təcrübəsi toplayaraq gələcək turnirlər üçün ümidverici təsir bağışlayıblar.