Fransa təmsilçisi PSJ gənc futbolçusu Dezire Duenin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı vinger Liqa 1 çərçivəsində "Nitsa" ilə keçirilən görüşün ilk hissəsində ağır zədə alıb və meydanı göz yaşları içində xərəkdə tərk edib.
Tibbi müayinələr nəticəsində futbolçunun sağ dizinin ön çarpaz bağlarının tam qopduğu müəyyənləşib.
Klubun yaydığı məlumata əsasən, Dezire Due noyabrın sonunadək əməliyyat olunacaq və bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.


