"Real Madrid" Nikolas Pasın transfer hüququnu almaq məsələsində hələ yekun qərar verməyib.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi argentinalı yarımmüdafiəçinin daim əsas heyətdə çıxış etmək və mühüm rol oynamaq istəyini nəzərə alır. Madrid təmsilçisində isə Nikolas Pas əsas heyət uğrunda Cud Bellinqem və Arda Gülərlə yanaşı digər oyunçularla da rəqabət aparmalı olacaq.

Klub bu məsələyə yazda yenidən qayıdacaq. Hazırda Pasın transfer hüququnun alınması barədə qərar verilməyib. Hər şey həm "Real Madrid"in idman rəhbərliyinin, həm də futbolçunun istəyindən asılı olacaq.

Qeyd edək ki, Nikolas Pasın qışda komandaya qayıtması istisna edilir. Yayda argentinalı futbolçunu transfer etmək üçün La Liqa klubu "Komoya" 80 milyon avro ödəməlidir.