Argentina millisinin və "Atletiko"nun hücumçusu Xulian Alvares La Liqanın 13-cü turunda "Xetafe" ilə oyunda iki qol ötürməsi ilə yadda qalıb. Madrid təmsilçisi həmin qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, Alvares son 9 matçda klub və milli komanda səviyyəsində 5 qol və 4 assistlə fərqlənib. O, bu müddətdə yalnız iki oyunda məhsuldar hərəkətlə seçilməyib: La Liqada "Levante" ilə (2:0) və Çempionlar Liqasında "Bavariya Münhen"lə (2:0) görüşlərdə.