"Liverpul" İngiltərə çempionatının 11-ci turunda "Mançester Yunayted"i 4:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Andoni İraola, əvvəllər çalışdırdığı "Bornmut"la Premyer Liqada "Mançester Yunayted"ə qarşı keçirdiyi 7 oyunda heç bir məğlubiyyət yaşamayıb. Bu qarşılaşmalarda İraolanın komandası 3 qələbə qazanıb, 4 dəfə heç-heçə edib.

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp isə "Mançester Yunayted"ə qarşı ən uzun məğlubiyyətsiz seriyaya malikdir. Alman mütəxəssis 2018-2022-ci illər aralığında bu rəqibə qarşı 8 oyunda uduzmayıb.