Misli Premyer Liqasının XII turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün yubileylə əlamətdar olub.

Offsideplus.az PFL-ə istinadən xəbər verir ki, "Kəpəz"lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında 900-cü, "Qarabağ"da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa "Neftçi"də 38, Azərbaycan millisində 12 matça çıxıb.

Qurbanovun 900 görüşlük karyerasında (598-i Premyer Liqa, 88-i kubok, 202-si avrokubok, 12-si milli) 520 qələbə, 208 heç-heçə və 172 məğlubiyyət qeydə alınıb.

"Qarabağ"dakı 850 matçda (570-i Premyer Liqa, 80-i kubok, 200-ü avrokubok) isə 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət var.

Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk oyununu 2006-cı il avqustun 6-da "Neftçi"də ("Gənclərbirliyi", 6:1), "Qarabağ"ın sükanı arxasında debütünü isə 2008-ci il avqustun 9-da ("Bakılı", 2:1) keçirib.