Amerikalı döyüşçü Brayan Orteqa MMA karyerasını başa vurduğunu rəsmən bəyan edib. O, bu qərarı Dan Hokerə məğlubiyyətdən sonra verdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Orteqa bu barədə belə danışıb: "Döyüşdən əvvəl səhər məşqçimə dedim ki, artıq bəsdir. Mən müəyyən şəraitdə böyümüşəm, sağ qalmaq üçün sərt olmalı idim və başqa bir insana çevrilmişdim. Amma zaman keçdikcə sağaldım, artıq içimdə qəzəb yoxdur. Bu dünyaya sübut edəcək heç nəyim qalmayıb. İnsanlara zərər vermək istəmirəm. Öz işimlə məşğul olmaq, bacarıq və istedadımı başqa layihələrə və biznesə yönəltmək istəyirəm. Döyüşlərə isə son qoyuram".

Qeyd edək ki, 35 yaşlı Orteqa peşəkar karyerası ərzində 16 qələbə və 6 məğlubiyyət əldə edib. O, son üç döyüşündə uduzub.