"Sumqayıt" futbol klubu yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə vidalaşıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə sözləşmə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, daha əvvəl 2023/2024 mövsümündə "gənclik şəhəri" təmsilçisində çıxış etmiş Murata 2025-ci ildə yenidən komandaya cəlb olunmuşdu.