"Los Anceles Klippers" rəhbərliyi transfer pəncərəsinin bağlanacağı 11 fevrala qədər bazarda ən fəal klublardan biri olmağa hazırlaşır. Klubun əsas məqsədi təcrübəli oyunçularını start heyətində oynadaraq onların dəyərini artırmaq və mümkün razılaşmalarda daha sərfəli təkliflər əldə etməkdir.
Offsideplus.az xəbər verir ki, komandanın bir çox üzvünün müqaviləsi mövsüm sonunda başa çatır və bu, onları transfer üçün daha cəlbedici edir. Maks Strus (16,7 milyon dollar), Derrik Cons (10,5 milyon), Bruk Lopes (9,2 milyon) və Kris Dann (5,7 milyon) hazırda belə müqavilələrlə çıxış edir. Ruyi Haçimuranın isə iki illik 28 milyon dollarlıq müqaviləsi var və növbəti mövsüm klubun seçim hüququna malikdir. "Klippers" rəhbərliyi Kavai Lenard və Aspiration şirkəti ilə bağlı qalmaqaldan sonra itirdiyi dreft seçimlərini kompensasiya etmək üçün mümkün qədər çox dreft seçimi toplamağa çalışacaq.


