Argentinalı baş məşqçi Maurisio Poçettino qış transfer pəncərəsində məhdud büdcə ilə işləməli olacaq.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" rəhbərliyi Poçettinoya transferlər üçün 50 milyon funt sterlinqdən xeyli az vəsait ayıracaq. Bu məhdudiyyətin səbəbi Premyer Liqanın maliyyə qaydaları ilə bağlıdır.
Gözlənilir ki, qışda yalnız iki futbolçu transfer ediləcək və onlardan biri icarəyə götürülə bilər. Mənbələr bildirir ki, əgər komandanın Çempionşipə düşmək təhlükəsi reallaşarsa, büdcənin artırılması mümkündür. Lakin belə halda da xərclərə ehtiyatla yanaşılacaq.
"Mançester Yunayted" sol cinah müdafiəçisini heyətə qatmaq istəyir, Poçettino isə yeni hücumçu transferinə üstünlük verir.


