AFCON 2025 turnirinin taleyi ilə bağlı yekun qərarın verildiyi və bu gün açıqlanacağı bildirilir.

Offsideplus.az xəbər verir ki, ilkin məlumata əsasən, penalti seriyasında üstün gəlməsinə baxmayaraq "Seneqal" turnirin qalibi elan olunmayacaq və kubok "Mərakeş"ə veriləcək.

Həmçinin qeyd olunur ki, final görüşündə Brahim Dias tərəfindən yerinə yetirilən "Panenka" penaltisinin heç bir nəticəsi olmayacaq.

Penalti seriyasındakı qələbəyə rəğmən "Seneqal"ın çempionluq titulunu almayacağı vurğulanır.

Xatırladaq ki, Mübahisəli hakim qərarına etiraz edən Seneqal yığması təxminən 15 dəqiqə meydanı tərk edib. Oyun bərpa olunduqdan sonra Mərakeşli Brahim Dias penaltini qaçırıb, əlavə vaxtda isə Pape Qeyenin qolu Seneqala 1:0 qələbə gətirib. 

Mərakeş Kral Futbol Federasiyasının reqlamentin 82-ci və 84-cü maddələrinə əsaslanan şikayətindən sonra Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Şurası matçın nəticəsini ləğv edib. Seneqala 0:3 texniki məğlubiyyət verilib və Mərakeş çempion elan olunub.

Seneqal Futbol Federasiyası qərarın ləğvi və meydandakı 1:0 qələbəsinin bərpası üçün CAS-a müraciət edib. İş üzrə qapalı dinləmələr 8 oktyabr 2026-cı ildə Lozannada keçirilib.