Praqa “Sparta”sı baş məşqçi Brayan Priske ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, onun köməkçiləri Diarmuid OKerroll və Lukas Babalola da klubu tərk ediblər.

Bundan əlavə, Tomas Roziçki qarşılıqlı razılaşma əsasında idman direktoru vəzifəsindən ayrılıb. Onun yerinə Tomas Sivok təyin edilib.

Qərar komandanın uğursuz nəticələrindən sonra qəbul olunub. “Sparta” son beş rəsmi matçında qələbə qazana bilməyib və Çexiya çempionatında lider “Slaviya”dan 13 xal geri qalır.