Argentinalı oyunqurucu Fakundo Kampasso "Real Madrid"in EuroLeague-in 14-cü turunda "Jalqiris"lə keçirəcəyi qarşılaşmada iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, təcrübəli basketbolçu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək bərpasını davam etdirməyi və dekabrın 3-də baş tutacaq "Barselona" ilə oyuna hazır olmağı planlaşdırır. Kampasso bud əzələsindəki dartınmaya görə son dörd EuroLeague matçını buraxıb. Zədələnməzdən əvvəl 35 yaşlı oyunçu orta hesabla 20 dəqiqəyə 9,7 xal, 4,9 assist və 2,3 ribaundla yadda qalıb.